Prezident ad günündə qoyun kəsdi

DÜNYA
21:42 / 30.06.2020
1787

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov 63 yaşının tamam olması münasibətilə ağ rəngli qoyun kəsib.

Dini mərasim paytaxt Aşqabadın Göytəpə məscidində baş tutub. Ayini prezident şəxsən icra edib.

“Hesab olunur ki, 63 yaşa çatan insan şərlə xeyiri ayırmaq qabiliyyətinə malik olur. Zəngin həyat təcrübəsinə malik belə insanlar digər insanlara da nümunə olurlar”- deyə Berdıməhəmmədov deyib.

Məhəmməd peyğəmbərin də 63 il yaşadığını bildirən Türkmənistan lideri ad günü münasibətilə Moskvada keçirilən Qələbə paradına da gəlməmişdi.

0
Modern.az