Koronavirusu yüngül keçirdiyimizi necə anlaya bilərik? – ƏLAMƏTLƏR

DÜNYA
16:18 / 30.06.2020
1724

Bütün dünyada koronavirusla mübarizə davam edərkən, ölüm sayı durmadan artmaqdadır. Digər tərəfdən də koronavirusa yoluxan, lakin bundan xəbəri olmayan şəxslərin də sayının kifayət qədər çox olduğu deyilir. Həmin şəxslər bir növ daşıyıcı funksiyasını yerinə yetirərək, istəmədən də olsa ətrafında olanları yoluxdura bilirlər. Bəs COVID-19-u yüngül keçirdiyimizi necə anlaya bilərik?

Məsələ ilə bağlı Türkiyənin yoluxucu xəstəliklər mütəxəssisi Dr. Meral Sönməzoğlu açıqlama verib.

Həkimin sözlərinə görə, koronavirusa ən çox yoluxan yaş qrupu 20-49-dur. Lakin bu qrupun sadəcə 15-20 faizi xəstəxanaya müraciət edəcək dərəcədə ağır olur. Xəstəliyi yüngül simptomplar və ya siptomsuz keçirən şəxslərdə bir həftə sonra virusa qarşı antikor əmələ gəlir. Həkim bildirib ki, xəstəliyi simptomsuz keçirənlər, ətarfında olan aktiv koronavirus xəstələrini müayinə edən zaman aşkar edilir və həmin xəstələrdə yaranan antikor inkişaf edib bədəndə immunitet yaradır.

Dr. Meral Sönməzoğlu qeyd edib ki, belə insanlarda ən vacib simptom halsızlıq və bel ağrıları olur: "Bundan başqa nadir hallarda öskürək, üşütmə, qarın ağrısı və ishal kimi şikayətlər də ola bilir. Xəstəliyi yüngül keçirənlərin orqanizmlərində demək olar ki, hər hansı bir zərər qalmır".

0
Day.az