Tehranda partlayış - 20 nəfər həlak oldu

DÜNYA
11:35 / 01.07.2020
877

Ötən gecə Tehrandakı xəstəxanaların birində güclü partlayış baş verib.

HİT.Az xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 20 nəfər həlak olub. Ölənlərin 10-u tibb bacısıdır. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb edilib.

İranın bəzi mətbuat orqanları qeyd ediblər ki, partlayış xəstəxananın təsərrüfat işlərinə məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində baş verib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.

0
AZƏRTAC