Rusiyalı dietoloq Aleksey Kovalkov supermarketlərdə satılan məhsullardan bəzilərinin təhlükəli olduğunu vurğulayıb və öz "İnstaqram" səhifəsində onların adlarını açıqlayıb.
Bu barədə "Rosbalt" məlumat yayıb.
Dietoloq ilk növbədə supermarketlərdə satılan yarımfabrikat məhsulları olduqca təhlükəli sayıb. "Mayalı çörəklər də yaxşı seçim deyil. Yaxşı olar ki, mayasız çörək - bulka məmulatları seçəsiniz.
Evdə hazırlanan istənilən un məhsulunu almağa məhdudiyyət yoxdur. Yalnız fabrik məhsulları alan zaman son dərəcə diqqətli olmaq gərəkdir. Bəzən arıqlamaq istəyən insanlar yağsız süd məhsulları seçirlər ki, bunun da ziyanlı tərəfləri var. Belə ki, süd məhsullarında yaağlılıq əgər azdırsa, deməli onun tərkibində palma, soya, həmçinin bitki yağları var", - deyə dietoloq vurğulayıb.
Daha sonra dietoloq bildirib ki, diabet xəstələri üçün supermarketlərdə satılan şəkər əvəzediciləri də təhlükəlidir: "Çünki belə məhsullar yalnız apteklərdə satılmalıdır", - deyə o əlavə edib.
"Toyuq ətini, xüsusilə qanadlarını almayın! Bu qidalar bir müddət sonra sizin orqanizminizdə bir sıra ciddi xəstəliklər yaradacaq. Onların tərkibi antibiotiklərlərdən ibarətdir", - deyə dietoloq fikrini tamamlayıb.