Tərcümeyi-halı yanlış olan təhsil naziri beş gündən sonra istefa verdi

DÜNYA
09:29 / 02.07.2020
1406

Braziliyada ötən həftə təhsil naziri vəzifəsinə təyin olunan Karlos Alberto Dekotelli iş başında olduğu beçinci gün istefa verib.

Bu barədə “Hürriyet” yazıb.

Təhsil nazirinin istefasına tərcümeyi-halında göstərilən məlumatların yanlışlığı səbəb olub.

Belə ki, K.Dekotellinin tərcümeyi-halında Argentina və Almaniyada doktorluq dərəcəsi müdafiə etdiyi göstərilsə də, əslində belə olmadığı üzə çıxıb.

0
Oxu.az