Bu ölkənin səhiyyə naziri karantin qaydalarını pozduğuna görə istefa verdi

DÜNYA
20:27 / 02.07.2020
1196

Koronavirus infeksiyası ilə bağlı tətbiq edilmiş karantin qaydalarını pozan Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark istefa verib.

Azvision.az “New Zealand Herald” nəşrinə istinadən xəbər verir ki, aprel ayının əvvəlində Klark məhdudlaşdırıcı tədbirləri iki dəfə pozduğunu etiraf edib və istefa verməyə hazır olduğunu deyib.

Lakin Baş Nazir Casinda Ardern Klarkın koronavirus səbəbilə gərgin vəziyyətə görə vəzifədə qalacağını açıqlayıb.

"Mən çox səhv etdim və istefamın qəbul olunmasını xahiş etdim", - deyən nazirin sözlərinə görə, Baş Nazir onun istəyini qəbul edib.

Xatırladaq ki, karantin dövründə nazir ailəsi ilə birgə çimərliyə gedib.

Yeni Zelandiyanın Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, ölkədə pandemiyanın başlanmasından bəri 1528 nəfər COVID-19 virusuna yoluxub, 1484 nəfər sağalıb, 22 xəstə ölüb.
 

0