Trampın məsləhətçisi də koronavirusa yoluxdu

DÜNYA
19:40 / 04.07.2020
1007

ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası üzrə məsləhətçisi və oğlu Don Trampın sevgilisi Kimberli Gilfoyl koronavirusa yoluxub.

K.Gilfoylun test nəticəsi ötən gün müsbət çıxıb.

O, ötən həftə Prezident D.Trampın Talsa şəhərində keçirdiyi mitinqdə iştirak edib. Prezidentin oğlunun test nəticəsi isə mənfi çıxıb.

Qeyd edək ki, K.Qilfoyl D.Trampın seçki kampaniyasında vəsaitlərin toplanmasına görə məsuliyyət daşıyır.

0
Trend.az