İstanbulda sunami təhlükəsi ilə üzləşəcək rayonların siyahısı hazırlanıb.
Siiyahını İstanbul Böyükşəhər Bələdiyyəsi və Yaxın Şərq Texniki Universiteti birgə ərsəyə gətirib.
Bildirilir ki, İstanbulun 17 rayonu sunami təhlükəsi ilə üz-üzədir.
Hesabata görə, baş verəcək sunami zamanı adalarda dalğanın hündürlüyü 12,3 metrə yüksələcək, 1000-dən çox tikiliyə ziyan dəyəcək.
Eyni zamanda, Böyükçəkməcədə 400-dən çox tikili ziyan görəcək. Kadıköydə dənizin sahili 1000 metr dərinliyə qədər basacağı ehtimal edilir.
Axar.az