İkinci dalğanı gözləyən ölkələr: Siyahıda kimlər var?

DÜNYA
20:03 / 06.07.2020
1541

Çinin Vuhan əyalətində yayılmağa başlayan yeni növ koronavirusdan (COVID-19) hazırda xəstə sayı 11 milyon, müalicə olaraq sağalan xəstə sayı 6.2 milyon, vəfat edənlərin sayı 526 mindir.

Tətbiq olunan sərt karantin qaydalarının yumşalmağa başladığı ərəfədə ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) pandemiyanın ikinci dalğasının daha təhlükəli ola biləcəyini bildirib.

Cebhe.info xəbər verir ki, pandemiyanın başlanğıcı olan Çində sərt karantin qaydalarının yumşalmasından sonra yoluxma halının ciddi şəkildə artması ikinci dalğanın başlayacağı ehtimallarını çoxaldıb.

Koronavirusa qalib gəldiklərini açıqlayan Yeni Zellandiyada da eyni hal müşahidə olunub, belə ki ölkədə 24 gündən sonra ilk yoluxma halları olub. İngiltərədən gələn 2 şəxsin koronavirus testi pozitiv çıxıb.

Hazırda Almaniya, Fransa, ABŞ, və İran ikinci dalğanın başlaya biləcəyi riskli ölkələr sırasındadır.

Türkiyədə isə sərt karantin rejiminin yumşalmasından sonra xəstə sayında ciddi dərəcədə artım olmadığına görə riskli ölkələr qrupuna aid edilmədiyi bildirilib.

ÜST-ün proqram direktoru Dr. Mike Ryan brifinqdə bildirib ki, koronavirus heç vaxt yox olmayacaq, dünya bununla yaşamağa alışmalıdır. Mütəxəssis onu da bildirib ki, virus yox olmasa belə, təsirlərini azaldacaq dərman preparatları hazırlanacaq və xəstələr daha qısa müddətdə müalicə olunaraq sağalacaq. Payızda gözlənən ikinci dalğa üçün dünyada ciddi tədbirlər hazırlanır.

ÜST koronavirusun ikinci dalğasının qarşısını almaq üçün dünya ölkələrini test sayını çoxaltmağa, daha qısa müddətdə nəticə verən testlər hazırlamağa, izolyasiya qaydalarına ciddi əməl etməyə çağırıb. ÜST bildirib ki, koronavirus pandemiyasının tam bitdiyini söyləmək üçün virus nəzarət altına alınmalı və xəstəlik halları ciddi dərəcədə azalmalıdır.

 

0
Cebhe.info