\"Wizz Air\" 8 ölkəyə uçuşları bərpa edir

15:55 / 27.04.2020
1941

Macarıstanın "Wizz Air" aviaşirkəti Londonun "Luton" hava limanından 8 ölkəyə uçuşları bərpa edir.

Xarici mətbuatın verdiyi məlumata görə, uçuşlar Macarıstan (Budapeşt), Rumıniya (Kluj-Napoka, Konstanta, Timişoara, Krayova, Yassı, Suçava, Tırqu-Mureş və Satu-Mare), Serbiya (Belqrad), Slovakiya (Bratislava və Koşitse), Portuqaliya (Lissabon), İspaniya (Tenerife) və İsrail (Təl-Əviv) şəhərlərinə bərpa olunacaq.

Aviaşirkət, sosial məsafəni dəstəkləmək və təyyarədəki təmizliyi artırmaq üçün "yeni protokollar" tətbiq edəcəyini bildirib. // APA

0