Ərdoğanı təhqir edən məşhur aktyorlara cinayət işi açıldı

DÜNYA
23:12 / 07.07.2020
1267

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdikləri iddia olunan aktyorlar Metin Akpınar və Müjdat Gezenə qarşı cinayət işi açılıb.

Aktyorlar "prezidenti təhqir etmə", "çevirilişə çağırış" və "ölümlə hədələmə"də ittiham olunurlar.

Xatırladaq ki, aktyorlar bir müddət əvvəl Halk TV-də qonaq olarkən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan haqqında tənqidi fikirlər səsləndiriblər.

Onları 1 il 2 aydan 4 il 8 aya qədər həbs cəzası gözləyir.

2
Teleqraf.com