Rusiya vətəndaşlarının əksəriyyəti bağ evini COVID-19 pandemiyası dövründə ən təhlükəsiz istirahət məkanı hesab edir.
Lenta.ru bu barədə onlayn səyahət paketləri təşkil edən şirkətlərin apardığı sorğuya əsasən məlumat yayıb.
Rəyi soruşulanların 53 faizi pandemiya dövründə bağ evlərinin ən etibarlı məkan olduğunu bildiriblər.
Respondentlərin 13 faizi hesab edir ki, tətili çimərliklərin yerləşdiyi bölgələrdə keçirmək təhlükəlidir və Kareliya, Altay kimi regionlar bu baxımdan daha əlverişlidir.
Doqquz faizi rusiyalı isə istirahət vaxtı infeksiyaya yoluxmamaq üçün Rusiya adalarına getməyi məsləhət görür.
Sorğuda iştirak edənlərin səkkiz faizi Avropaya səyahət etməyə, altı faizi Rusiyada müalicə və kurort tətillərinə üz tutmağa, iki faizi isə MDB ölkələrinə səfərlərə üstünlük verir.