Prezidentlərin və varlıların müştərisi olduğu məşhur brend iflas etdi

DÜNYA
20:40 / 09.07.2020
1578

ABŞ-ın ən məşhur geyim mağazalarından biri iflas etdiyini açıqladı.

ABŞ-da tanınmış bank rəhbərlərini geyindirməsi ilə tanınan məşhur geyim mağazası “Brooks Brothers” iflas etdiyini açıqlayıb. 1919-ci ildə qurulan və ABŞ-ın ilk geyim mağazası olaraq bilinən geyim mağazası mövcud 500 mağazadan 250-ni bağlayacağını bildirib. “Brooks Brothers” prezidentlərin, varlı iş adamlarının tez-tez müraciət etdiyi geyim mağazası olaraq tanınır.

Qeyd edək ki, mütəxəssislər koronavirus pandemiyası səbəbilə ABŞ-da bu il 15 mindən çox mağazanın bağlanacağını bildiriblər.

0
Yeniavaz.com