Rusiya ilə Amerika arasındakı Strateji Hücum Silahları haqqında razılaşmanın uzadılması, Moskvadan asılıdır.
Bunu ABŞ prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi nümayəndəsi Marşal Billinqsli deyib. O, müqavilənin uzadılması üçün Rusiyanın çinliləri danışıqlar masasına oturmağa razı salması gərəkdiyini bildirib:
“Yeni razılaşma ilə bağlı əsas problemlərdən biri burada çinlilərin iştirak etməməsidir. Belə razılaşma Rusiyaya sərfəlidir. Vaşinqton silahlanmaya nəzarət faktı üçün silahlanmaya nəzarət etməyə maraqlı deyil”.
Axar.az