Dünyanın qeyri-adi memarlıq abidələri - FOTO

DÜNYA
10:15 / 12.07.2020
1803

Dünyanın qeyri-adi memarlıq abidələrindən biri İngiltərədədir. “Əyri ev” adlanan bu abidə (The Crooked House) 1765-ci ildə tikilib. XIX əsrin əvvəllərində bu ərazidə dağ-mədən sənayesi səbəbindən binanın bir tərəfi əyilib.

Modern.az xəbər verir ki, sonralar bu ev “Sedan House” adlandırılmağa başlanılıb (Sedan yerli dialektdə əyri mənasını verir). Ev 1940-cı illərdə təhlükəli olaraq qeydə alınmış və məhv olunması planlaşdırılmışdı. Lakin "Wolverhampton and Dudley Breweries" bu evi alaraq evin əyilən hissəsindən dayaq kimi divar düzəldib.

Digər maraqlı abidə İsveçdə inşa olunan dönən bədəni xatırladan göydələndir. Bu göydələn Skandinaviyada ən hündür binadır. Binanın dizaynı ispan memarı, struktur mühəndisi və rəssamı Santiaqo Kalatrava tərəfindən edilib. Rəsmi açılışı 2005-ci il avqustun 27-də olub. Binanın hündürlüyü 190 metr olmaqla 54 mərtəbə və 147 mənzildən ibarətdir. Bina 2005-ci ildə "Qızıl Emporis Göydələn" mükafatına layiq görülüb.

ABŞ-da inşa olunan "Ayaqqabı evi"nin dizaynı 1948-ci ildə çəkməçi Mahlon Haines tərəfindən təklif edilib. Evin hündürlüyü 7,6 metr olmaqla 5 mərtəbədən ibarətdir. Çəkməçi öz düzəltdiyi çəkməni memara göstərərək onun kimi ev tikməyini xahiş edib. Evin qonaq otağı barmaqlarda, mətbəx ayaqqabının daban hissəsində, yataq otaqları isə topuq hissəsində yerləşir.

<img data-cke-saved-src="/file/articles/2020/07/12/101821.jpg" src="/file/articles/2020/07/12/101821.jpg" ev1594531118.jpg"="">

0