Aya Sofyanın adı da dəyişdirilir?

DÜNYA
11:13 / 12.07.2020
1321

İstanbulda yerləşən Aya Sofyanın məscid statusu almasından sonra tarixi abidənin adının dəyişdirilməsi gündəmə gəlib.

Bu barədə danışan Türkiyə Diyanət İşləri başqanı Əli Ərbaş Aya Sofyanın adının dəyişdirilməyəcəyini və tarixi isminə toxunulmayacağını bəyan edib.

Bundan əlavə, Ərbaş 24 iyulda ibadətə açılacaq Aya Sofyaya min insanın buraxıla biləcəyini, 2 imam və 4 müəzzinin vəzifələndiriləcəyini vurğulayıb.

0
Axar.az