Alimlər gözəgörünməz köynək hazırladılar

DÜNYA
01:15 / 16.05.2020
1345

London şəhərinin hər orta statistik sakini nəzarət kameralarına gün ərzində 300 dəfə tuş gəlir. Hər bir 1 kamera 14 nəfəri nəzarətdə saxlayır. Gələcəkdə isə bu rəqəmin 1-in 11-ə nisbətində dəyişəcəyi bildirilir.

Tendensiyanı nəzərə alaraq Massaçusets Texniki institunun alimləri, IBM şirkəti ilə birgə nəzarət sistemlərinin işini əngəlləyən "gözəgörünməz" köynək yaradıblar.

Belə ki, adi alqoritmlər nəzarət obyektini gördüyünü anda onun ətrafında "məhdudlaşdırılmış çərçivə" çəkərək, obyektə uyğun identifikasiya təyin edirlər. Beləliklə də, şəxsin təyini prosesi həyata keçirilir.

Bu zəncirvari reaksiyanı qırmaq üçün mühəndislər sözügedən "görünməz" köynəyin üzərinə çox əlvan piksellərdən ibarət rəsm yerləşdiriblər. Sözügedən rəsm isə süni intellekt əsasında çalışan klassifikasiya və markirovka sistemlərini aldatmaq üçün istifadə edilir. Beləcə də, şəxsin üz cizgilərini təyin edilməsi çətinləşir.

Sınaqlar nəticəsində bu cür köynəyin geyinilməsi sayəsində texnoloji rəqəmsal nəzarət sistemlərinin sizi təyin etməsi tam 63% azalır. Lakin qeyd etmək gərəkdir ki, bu tip kibergeyimlərin laboratoriyalardan kənarda istehsalı hələ ki mürəkkəb proses olaraq qalmaqdadır.

Günel Gözəlova

0
Open.az