Gürcülər Mübarizin şəklini sökdürmək istədilər, türklər aman vermədi - VİDEO

DÜNYA
17:44 / 18.07.2020
3590

Türkiyə mətbuatında yer almış bir məqalə Azərbaycan ictimaiyyəti üçün də diqqətəlayiqdir.

Bizimyol.info Yenişafaq-a istinadən xəbər verir ki, Naxçıvanda yüklədiyi duzu Gürcüstana aparan türkiyəli TIR sürücüsü, 45 yaşlı Metin Erden 76 AAB 845 nömrə nişanlı Tırın arxa qapılarına Azərbaycanın Milli qəhərəmanı Mübariz İbrahimovla,Türkiyənin 15 iyul gecəsinin şəhidlərindən olan Ömer Halisdemirin şəkillərini yapışdırıb.

Məhz bu onun gürcü polislərlə mübahisəsinə səbəb olub. Gürcü polisləri xüsusilə Mübarizin fotolarını sökməyi tələb ediblər.

Dərhal Gürcüstandakı türk konsulluğuna zəng edən sürücünün yardımına diplomatlar çatıblar.

İnsident Ardahan türkgözü sərhəd keçid məntəqəsində qeydə alınıb.

 

0
Bizimyol.info