Rus sualtı qayığı La Manş boğazında Britaniya hərbçilərinin gözündən yayınıb.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.
“Söhbət Sankt-Peterburqa gedən “Varşavyanka” sinfinə məxsus “Krasnodar” sualtı qayığından gedir”, - nəşr bildirib.
Qeyd edilib ki, rus sualtı qayığı La Manşa daxil olaraq İngiltərənin qərbindəki ən ucqar nöqtəyə gedib. Lakin Britaniya hərbçiləri qayığın harda olması barədə məlumat əldə edə bilməyiblər.