Xəbər verdiyimiz kimi, ermənilərin iyulun 12-dən Tovuz istiqamətində təxribatından sonra azərbaycanlılar "Sofiyski baza" və "Fud siti"dən erməniləri çıxarıblar, Ermənistandan gələn kənd təsərrüfatı məhsullarını almaqdan isə imtina ediblər.
Axar.az xəbər verir ki, analoji addım Rusiyanın bir sıra iri şəhərlərinin bazarlarında da atılıb.
Yük maşınlarının Rostovdakı topdansatış bazarına buraxılmamasından sonra ermənilər görünməmiş hiyləyə əl atıblar. Belə ki, ermənilər bazara daxil olmaq üçün Ermənistandan gələn yük maşınlarına Rusiya Federasiyasının dövlət nömrə nişanlarını vurublar.