Nazir bir ay işləyib istefa verdi

DÜNYA
10:53 / 16.05.2020
1447
Braziliyada bir ay əvvəl vəzifəsinə başlayan səhiyyə naziri Nelson Teiç, fikir ayrılıqları səbəbiylə istefa edib.

Braziliya mətbuatında yer alan xəbərlərə görə, səhiyyə naziri Teich, prezident Jair Bolsonaro ilə koronavirusun yeni növü ilə əlaqədar yaranan mübahisə səbəbindən vəzifəsini tərk edib.
 
Teiç, Bolsonaronun xlorokin dərman istifadəsi protokolunun COVID-19 müalicəsində tətbiq edilməsi üçün dəyişdirilməsini tələbinin, bunun elmi əsası olmadığı səbəbindən etiraz etdiyi bildirilir.

Həmçinin, ölkədə sürətlə artan hadisələrin və ölüm hallarının artması səbəbindən ümumi karantin tətbiq edilməsini dəstəkləyən Teich, bu mövzuda Bolsonaro ilə fikir ayrılıqları yaşayıb.
Qeyd edək ki, prezident  Bolsonaro, aprelin 16-da, COVID-19 yayılması ilə əlaqəli razılaşmadığı keçmiş səhiyyə naziri Henrique Mandetta vəzifəsindən azad etmişdi.
Latın Amerikasındakı COVID-19 xəstəliyinin mərkəzi ölkəsi olan Braziliyada 208 mindən çox insana yoluxan  virus səbəbiylə 14 min 267 nəfər həyatını itirib.
0
Unikal.org