Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti, "Spartak" futbol klubunun rəhbəri Leonid Fedunun özündən sonra ailəsi də koronovirusa yoluxub.
HİT.Az xəbər verir ki, Fedun ailəsinin bütün üzvlərinin koronovirus testinin nəticəsi müsbət çıxıb.
Mayın 7-də xəstəxanaya yerləşdirilən Fedun bildirib ki, bu təhlükə gerçəkdir: "Hər şey sürətlə inkişaf etdi, ailəm də mənimlə birgə yoluxdu. Risklər var".