Kiyevdə güllələnən banda başçısının Azərbaycanla nə əlaqəsi? - FOTO

DÜNYA
12:24 / 25.07.2020
2123

İyulun 22-də boks klubunun vitse prezidenti, biznesmen İqor Plekan Kiyevin Borispolsk rayonunda qətlə yetirilib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata əsasən, 44 yaşlı sahibkar Artemovka kəndində yerləşən bağ evinə gedərkən killerlər ona dəmiryolu yaxınlığında qəflətən hücum edərək avtomobilini atəşə tutublar. Hadisə zamanı dörd güllə yarası alan Plekan həyat yoldaşına zəng vura bilsə də sağ qalmaq şansı olmayıb. Hadisə zamanı azyaşlı  oğlu da maşında olub.  Amma uşaq xəsarət almayıb. Killerlər uşağa qaçmağı əmr ediblər.

“Gələcəyin əsası” adlı ictimai təşkilat qeyd edib ki, İ.Plekan S14 liderlərindən birinə - Serqey Mazura olunan sui-qəsdin təşkilatçısıdır: “Təəssüf ki, indi sifarişçinin kim olduğu bilinməyəcək. Çünki təşkilatçı həmişəlik susdu. Bunlar Rusiyanın onlarca sifarişlərini yerinə yetirirdilər, terror aktları, sui-qəsdlər törədirdilər. Bu başqa məsələdir. Bəs nəyə görə bu qədər cinayətlər törətsə də, iki il idi ki azadlıqda gəzirdi?"

Analoji mesajı S14 liderlərindən biri Yevgeni Karas da Telegram-da yazıb: “Təəssüf ki, biz Mazurun sui-qəsdinin sifarişçisinin kim olduğunu bilməyəcəyik”.

Eyni zamanda Serqey Mazur özü də ötən gün Facebook hesabında Plekanın kimlər tərəfindən qətlə yetirildiyini bildiyini yazıb: “Dünən öyrəndim ki, İqor Plekanı naməlum şəxslər güllələyiblər. Həmin “naməlum şəxslər”in bir qisminin aoyadını da bilirəm. Bunlar polislərdir. Hansı ki, bütün sübutlara baxmayaraq, il yarımdır onu həbs etmirdilər”.

O, həmçinin mətbuatda Plekanın biznesmen kimi təqdim olunmasının gülüş doğurduğunu dilə gətirib: “Onun biznesi - Rusiya bablosu, terror aktları, qətllərdir, qanunsuz saxlanılan silah-sursatdır. Hətta mənim istintaq işimdə bununla bağlı maraqlı faktlar da var. Silah saxlanılması barədə, işğal edilmiş Krımla əlaqələrinin olması, ölkədə çevrilişi təşkil etmək...”

Qeyd edək ki, 2019-cu ilin mayında S14 ictimai təşkilatının koordinatoru Serqey Mazur mətbuat konfransı keçirib və bildirib ki, 2018-ci ilin oktyabrında ona edilən sui-qəsdin təşkilatçısı “Torpeda” çərkəz bandasının kriminal avtoritetləri Aleksandr Prudivus və İqor Plekan olub.

S.Mazur həmçinin adı çəkilən şəxslərin cəzadan yayınmasında Daxili İşlər Nazirliyini də ittiham edib. Onun sözlərinə görə, sui-qəsddə əli olanlardan biri - Dmitri İsaenko Rusiyaya qaçıb, digərləri isə saxlanılıb. Həmin şəxslər həbs olunarkən onlardan silah arsenalı, tank əleyhinə raketlər götürülüb.

Sui-qəsdin təşkilatçısının isə məhz Plekan olduğunu deyib. Mazurun sözlərinə görə, 2018-ci ilin yayında Plekan Azərbaycana uçub və S14 koordinatorunun qətlinin təşkili üçün təxminən 60 min dollar alıb.

Bundan başqa, Mazur digər təşkilatçıların da adlarını açıqlayıb: Oleq Xrol, İqor Xmel, Artyom Zabranskiy.

"Biz dəqiq əminik ki, bu Federal Təhlükəsizlik Xidmətinin sifarişi idi", – S14 koordinatoru vurğulayıb.

“Torpeda” bandası Kiyevdə bir sıra partlayışlar, o cümlədən sinaqoqa hucumlar da daxil olmaqla doqquz cinayətdə şübhələni biliniblər.

Xatırladaq, 2018-ci ilin oktyabrında S. Mazurun yaşadığı evin  pəncərəsindən RQD-5 qumbarası atılıb. Partlayış nəticəsində onun atası ağır yaralanıb. Sui-qəsddə şübhəli bilinənlər saxlanılıblar. Onlar bu sui-qəsdin 3 min dollara “sifariş” olunduğunu bildiriblər.

Saxlanılanların dördünün barəsində həbs qətimkan tədbiri seçilib.



0
Virtualaz.org