Bu ilin yanvar-iyun ayları üzrə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısı açıqlanıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında qeyd edilib.
Siyahıya Azərbaycan Dövlət Neft Şirkətinin (SCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Növbəti yerlərdə "AzerGold" QSC, "Azərenerji" ASC, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” MMC qərarlaşıb.
(Report)