2 il əvvəl Azərbaycan bazarına daxil olan holdinq LƏĞV EDİLDİ

İQTİSADİYYAT
10:22 / 04.08.2020
1450

Azərbaycanda fəaliyyət göstərən holdinq ləğv edildi.

HİT.Az Banker.az-a istinadən xəbər verir ki, “RH Holding” MMC ləğv edildiyini elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ2300 Göyçay şəhəri, Göyçay rayonu, Yenikənd küçəsi, ev 300, mənzil 0 ünvanına bildirə bilərlər.

Bildirək ki, bu Holding 2018-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. “RH Holding”in nizamnamə kapitalı 5 manatdır və qanuni təmsilçisi Ramin Salmanov Qəhrəman oğludur.

1