Məşhur geyim markası mağazalarını BAĞLAYIR

İQTİSADİYYAT
10:53 / 04.08.2020
1484

ABŞ-ın məşhur geyim markalarından biri “Men's Wearhouse"un sahibi olan “Tailored Brands” də koronavirus pandemiyası səbəbi ilə pərakəndə satış edən şirkətlər arasına daxil olub. 

“MediaPost”un məlumatına görə, bu barədə “Tailored Brands” açıqlama verib. Açıqlamada üst səviyyəli alıcıların 75%-i ilə razılaşma əldə edildiyi və bununla da, borcun 630 milyon dollar azalacağı qeyd edilib.

Şirkət daha öncə açıqlanan plana sadiq qalaraq iş gücünün yüzdə 20 azaldılacağını, internet üzərindən satışlara üstünlük verilərək 500 mağazanın bağlanacağını ifadə edib. Bundan başqa, şirkət sahibi olduğu “Men's Wearhouse”, “Jos. A. Bank”, “Moores Clothing for Men” və “K&G Fashion Superstore” markalarının müştərilərə xidmət göstərməyə davam edəcəyini bildirib. 

0