Daha bir xarici şirkət Azərbaycanda fəaliyyətini dayandırdı

İQTİSADİYYAT
17:30 / 05.08.2020
1115

"International Snubbing Services,L.L.C." Azərbaycandakı filialı fəaliyyətini dayandırıb. 

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, şirkət Azərbaycandakı filialının ləğv olunğunu elan edib.  Məlumata əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, Landmark III, 12-ci mərtəbə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ABŞ-a aid "International Snubbing Services,L.L.C." şirkəti neft-qaz quyularının qazılması və bununla bağlı servisi həyata keçirir. 

0
“MediaPost”