Sumqayıtda bu şəxslərə 250 manat verilir

İQTİSADİYYAT
19:07 / 06.08.2020
1351

Sumqayıtda 2321 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Bu barədə Xeberle.com-a 7 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov məlumat verib.

E. Bədəlovun sözlərinə görə, yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələri əhatə edir: "DOST İş Mərkəzi ilə ödənişli ictimai işlərə cəlb olunan şəxslər arasında əmək müqaviləsi bağlanılaraq elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir . Rəsmi olaraq qeydiyyatda olub çalışan vətəndaşların 1 aylıq məvacibi isə 250 manatdır. Hal- hazırda da müraciətlər üzrə qeydiyyatlar aparılır və işə ehtiyacı olanlar ictimai işlərə cəlb olunur".

 

0
Xeberle.com