“AtaBank”ın investisiya şirkətinə qarşı “ziyan” iddiası rədd edilibmiş

İQTİSADİYYAT
19:53 / 06.08.2020
990

“AtaBank” ASC investisiya şirkətinə iddia qaldırıb, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Banker.az xəbər verir ki, haqqında məhkəməyə müraciət olunmuş “UniCapital İnvestisiya Şirkəti” ASC-dir.

Bank məhkəməyə müraciətində “dəymiş ziyanın ödənilməsi” tələbi ilə çıxış edib.

Lakin, 1BİİM bankın investisiya şirkətinə qarşı iddiasını rədd edib. İqtisadi məhkəmənin bu qərarından narazı qalan bank apelyasiyaya müraciət edilib. 6 avqust tarixində apellyasiya baxılması gözlənilirdi.

“AtaBank” 2020-ci ilin aprelin son dekadasında Mərkəzi Bank tərəfindən lisenziyası geri çağırılıb, müflis elan edilib.

0