“Aeroflot” Bakıya reyslərin bir hissəsini ləğv etdi 

İQTİSADİYYAT
15:42 / 06.08.2020
997

Rusiyanın “Aeroflot” aviaşirkəti avqustun 31-dək Bakıya müntəzəm reyslərin bir hissəsinin məcburi ləğvi barədə elan verib.

Hit.Az bu barədə şirkətə istinadən məlumat verir.

Bundan başqa, avqustun 31-dək Aktau, Aktobe, Alikante, Almatı, Amsterdam, Dublin, Düsseldorf, Yerevan, Kişinyov, Şımkent və bir sıra digər istiqamətlərə də uçuşlar həyata keçirilməyəcək.

Məlumata əsasən, beynəlxalq reyslərin proqramında dəyişikliklər təyinat ölkələrində mövcud epidemioloji vəziyyətlər nəzərə alınmaqla edilib.

Şirkət bildirib ki, mayın 1-dən sonra ləğv olunan reyslərə bilet alan sərnişinlərə ödədikləri məbləğ geri qaytarılacaq. Mayın 1-dək bilet almış sərnişinlər vauçer rəsmiləşdirə bilər.

0