AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - SIYAHI

İQTİSADİYYAT
11:06 / 08.08.2020
2287

“Cahangir Əsgərovun AZAL-I zərərlə işlətməsinin bir səbəbi var: başı öz şirkətlərinin qazancına qarışıb. “Premium Bank” ASC 2019-cu ildə 11 milyon manat, “İpək Yolu Sığorta” ASC isə 1 milyon manat balans mənfəəti götürüb”.

Hit.Az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı məlumat yayıb.

H.Babalı Cahangir Əsgərovun ailəsi və Zaur Sənan oğlu Axundov vasitəsilə nəzarət etdiyi şirkətlərin bir hissəsinin adını açıqlayıb.

1. SW Airways, INC.

2. SW G650 VIP Jets S.A

3. SW CARGO, INC.

4. SW G650 BUSINESS JETS, S.A

5. SW BUSINESS JETS, INC.

(Bu 5 şirkət 28 dekabr 2007-ci il-11 aprel 2008-ci il tarixlərində Panamada, ofşor zonada yaradılıb).

6. International Handling Company Limited ( Pasea Estate, Read Town, Tortola, BVI)

7. Silk Way Airlines (Lüksemburq) Şirkət nömrəsi: B161559 //www.etat.lu/memorial/2011/C/Pdf/c1899198.pdf

8. SİLKWAY KARGO TAŞIMACILIĞI VE TURİZM LİMİTED ŞİRKETİ (İSTANBUL DÜNYA TİCARET MERKEZİ A2 BLOK KAT.9 NO.306 YEŞİLKÖY)

9. “Silk Way Holding” MMC

10. “Silk Way Development” MMC

11. “Silk Way Connect” MMC

12. “Silk Way West Aviaşirkəti” MMC

13. “Silk Way East Aviaşirkəti” MMC

14. “Silk Way İnvestment” MMC

15. “Silk Rovv Travel” MMC

16. “Silk Way Aviaşirkəti” MMC

17. “ASG Business Aviation” MMC

18. “ASG Servis” MMC

19. “ASG Helicopter Services” MMC

20. “Duty Free. AZ” MMC

21. “Hotels Qrup” MMC

22. “Azbiznesservis” MMC (“Garabag Resort and Spa ” oteli)

23. “İpək Yolu Sığorta” ASC (Cəmilə və Məlahət Əsgərovalar, hər biri – 38,74% və “Silk Way Aviaşirkəti” MMC – 19,05%)

24. “Premium Bank” ASC. Zərifə Həmzəyeva – 84,46%

25. “Şüvəlan P.F.K” MMC

26. “Turan Air” MMC

27. “VIP Aviasiya Xidmətləri” MMC (benefisiar sahiblik)

28. “Silk Way Cargo Services FZE” (Birləşmiş Ərəb Əmirlikləri)

29. “Silk Way Cargo UA” LLC (Ukrayna) –Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.

30. “Cargo Hub” LLC (Ukrayna) - Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.

31. Özəl Şirkəti “IEVROAZIIA” (Ukrayna)

Rəsmi məlumata görə, AZAL 2017-ci ildə 41 milyon 568 min manat zərər edib. Dövlət şirkətinin zərərlərinin ümumi məbləği 2018-ci ilin əvvəlinə 1 milyard 433 milyon 577 min manat təşkil edirdi. Nəticədə AZAL-ın kapital çatışmazlığı 505 milyon manata qalxmışdı. Son iki ildə şirkət güman ki zərərini bir az da artırıb. Əks halda prezident İlham Əliyev “gəlir hara gedir” deyə ritorik sual verməzdi.

HƏMÇİNİN BAX: 

AZAL milyard manatlarla dövlət vəsaitini necə dağıdır? - ŞOK FAKTLAR

Cahangir Əsgərovun gəlirləri hara xərclədiyi məlum oldu – Bu, bir imperiyadır...

1