Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2019-cu ili 1 184 min manat mənfəətlə başa vurub. Halbuki Komitə 2018-ci ildən 170 min manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il qurumun gəlirləri 19 414 min manat (illik müqayisədə 3,5 dəfə çox) təşkil edib ki, bunun da 18 581 min manatı qeyri-birja, 745 min manatı birja, 88 min manatı isə sair əməliyyatlardan əldə olunub.
Hesabat dövründə Komitənin xərcləri isə 18 230 min manat (3,2 dəfə çox) olub ki, bunun da 2 769 min manatı əmək haqqı və dövlət sosial sığorta ayırmaları, 115 min manatı sərf edilmiş materialların dəyəri, 92 min manatı amortizasiya xərcləri, 15 255 min manatı isə sair əməliyyat xərcləridir.