Meriya Bakıda yoxlamalara başladı - Açıqlama

İQTİSADİYYAT
09:36 / 12.08.2020
1126

Paytaxtda fəaliyyət göstərən ticarət obyektlərinin əksəriyyəti Operativ Qərargah tərəfindən tətbiq edilən qaydalara riayət edir.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov paytaxtdakı obyektlərdə karantin qaydalarına riayət edilib-edilməməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, departamentin və İcra Hakimiyyətinin əməkdaşlarından ibarət 4 qrup şəhərin müxtəlif yerlərində ticarət obyektlərinə daxil olaraq Operativ Qərargahın tələblərinə uyğun fəaliyyəti yoxlayırlar:

“Bir çox ticarət obyektində bu qaydalara əməl olunur. Bir neçə yerdə xoşagəlməz hallarla rastlaşılıb. Yəni personalın maskasız olması, dezinfeksiya məhlullarının olmaması və s. kimi hallar qeydə alınıb. Belə obyektlərlə bağlı ilkin olaraq tərəfimizdən ciddi tapşırıqlar verilib və nöqsanların aradan qaldırılması tələbləri qoyulub. İki gündür davam edən fəaliyyətimiz zamanı qaydalara əməl edilməsi ilə bağlı maarifləndirmə və gələcəkdə bu tələblərin yerinə yetirilməsi məsələsi gündəmdə oldu. Bu xidmətimiz sabah da davam edəcək”.

0
Axar.az