Ucuzlaşan və bahalaşan məhsulların adları AÇIQLANDI

İQTİSADİYYAT
21:14 / 12.08.2020
1047

2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin yanvar-iyul aylarında Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 5,3%, qeyri-ərzaq məhsullarının qiyməti 1,3%, xidmətlərin tarifləri isə 1% artıb.

HİT.Az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, iyun ayı ilə müqayisədə iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 0,7% aşağı düşüb.Bu ilin iyun ayı ilə müqayisədə iyul ayında:

Çörək, çörək məmulatları və yarmalar - 0,2%, ət və ət məhsulları - 0,1%, yumurta - 2,7%, tütün məmulatlar - 3% bahalanıb.

Balıq və balıq məhsulları 0,4%, kərə və bitki yağları - 0,1%, meyvələr - 3,2%, tərəvəzlər - 3,9%, qənd, cem, bal, şokalad və konfetlər - 0,1%, spirtli içkilər - 0,5% ucuzlaşıb.

Süd və süd məhsulları, çay, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətində isə heç bir dəyişiklik olmayıb.

 

0