Milyonluq tenderi udan "1 manatlıq" şirkətin rəhbəri kimdir?

İQTİSADİYYAT
15:11 / 13.08.2020
1426

Xəbər verdiyimiz kimi, Lerik İcra Hakimiyyətinin şəhərin abadlaşdırılması və avtomobil yollarının əsaslı təmiri işləri üçün elan etdiyi tenderin qalibi nizamnamə kapitalı 1,6 manat olan "Elnur-2" Universal İstehsalat Kommersiya şirkəti olub. Qalib şirkətə hər iki tender üçün ümumilikdə 947 min 868,9 manat ödəniləcək.

HİT.Az şirkətin qanuni təmsilçisi olan Abıyev Zaur Niyaz oğlu barədə araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl mətbuatda sözügedən şəxsin adının "MTN işi"ndə hallanması barədə silsilə materiallar dərc olunub. Belə ki, Zaur Abıyev də ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkənlər siyahısındadır. Hətta bu barədə onun məhkəməyə verdiyi ifadə də mətbuatda yayımlanmışdı.

Zaur Abıyev verdiyi ifadədə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib.

Qeyd edək ki, iş adamanın qanuni təmsilçisi olduğu digə bir şirkət isə 23.06.2011-ci il tarixində qeydiyyata alınan "Birlik-3A" MMC-dir. Nizamnamə kapitalı 50 manat olan həmin MMC isə iyun ayında Astara İcra Hakimiyyətinin rayon ərazisində yolların əsaslı təmiri məqsədilə elan etdiyi tenderin qalibi olub. Şirkətin hesabına 542 min 615 manat 1 qəpik vəsait köçürülüb.

0