İstanbul-Naxçıvan-İstanbul reysləri bərpa olunur

İQTİSADİYYAT
21:23 / 14.08.2020
1956

Türk Hava Yolları 21 avqust tarixindən etibarən həftədə bir uçuş olmaqla İstanbul-Naxçıvan-İstanbul uçuşlarını bərpa edəcək.

Aviaşirkətdən verilən məlumata görə, uçuşlar həftənin cümə günləri müəyyən olunmuş cədvələ əsasən yerinə yetiriləcək.

Qeyd edək ki, Bakıdan yerinə yetirilən uçuşlarda tətbiq olunan bütün qaydalar Naxçıvan uçuşlarımızda da keçərli olacaq.

0
Turizmplus.az