Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyaları ləğv olunmuş "Atabank" və "Amrah Bank" ASC-lərin müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Hit.Az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, hər iki bank Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ADİF üzvüdür və əhalinin onlarda qorunan əmanətlərini heç bir dövlət vəsaiti cəlb etmədən Fond tam ödəyəcək. Fondun vəsaiti çatmasa, mövcud qanunvericiliyə uyğun olaraq, çatışmayan məbləğ üzrə AMB kredit ayıracaq. Bu krediti Fond bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəyəcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.
“Atabank” və “Amrah Bank”ın digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunverililiyə müvafiq qaydada tənzimlənəcək.