Dünyanın ən böyük fondu zərərini açıqladı

İQTİSADİYYAT
20:03 / 18.08.2020
1272

Dünyanın ən böyük suveren fondu olan Norveç Fondu 2020-ci ilin ilk yarısında 21 milyard dollar itirib.

Fondun yaydığı məlumata görə, ilk 6 ayda aktivlər 3.4% ya da 188 milyard kron (21 milyard dollar) "əriyib".

Fondun itirməsinə əsasən 2020-ci ilin 1-ci rübündə səhmlərin kəskin ucuzlaşması səbəb olub.

Fondun açıqlamasında, "Bazarların ikinci rübdə yaxşı bir yığışma göstərmələrinə qarşı, hələ də qeyri-müəyyənliyə şahid oluruq" deyilir.

Norveç Fondu 1.2 trilyon dollar böyüklüyündədir.

0
Insider.az