“Azərsun Holdinq”də kadr dəyişikliyi baş verdi

İQTİSADİYYAT
13:44 / 22.08.2020
1067

“Azərsun Holdinq” MMC-yə məxsus “Lənkəran-Konserv” ASC-nin İdarə Heyətinin sədri Yaşar Cavadov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Nurlan Əliyevə həvalə olunub.

Xatırladaq ki, “Lənkəran-Konserv” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 862 402 manatdır.

0