Problemli kredit dalğası: Bəzi bankların bağlanma təhlükəsi var - VİDEO

İQTİSADİYYAT
11:51 / 25.08.2020
1495

Pandemiya dövrü və karantin şəraiti iqtisadiyyatın bəzi sahələrini iflic etməklə bir çox iş yerlərinin bağlanmasına səbəb oldu. Bu da kredit borcu olan bir sıra vətəndaşların ödəmə qabiliyyətinə mənfi təsir göstərdi.

Mərkəzi Bank isə bu dövrdə vətəndaşların yükünü qismən də olsa, azaltmaq üçün biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasını kredit təşkilatlarına tövsiyə etdi. Eləcə də, tənzimləyici bu zaman borcalanların kredit tarixçəsinin pisləşdirilməyəcəyini bildirdi.

Bəs karantin dövründə kreditlər üzrə ödəmə qabiliyyətinin aşağı düşməsi problemli kreditlərin həcminə və bütövlükdə bank sektoruna necə təsir edəcək?

İqtisadçı ekspert Natiq Cəfərli məsələni "MediaPost"a şərh edib.

 

0