Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənildi

İQTİSADİYYAT
17:04 / 25.08.2020
931

Bu ilin iyunun 16-dan avqustun 24-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 160,44 mln. manatdan çox kompensasiya ödənilib.

Bu barədə HİT.Az-a Əmanətlərin Sığortalaması Fondundan (ADIF) bildirilib.

Avqustun 24-nə olan məlumata görə, "AGBank" üzrə 3 222 əmanətçiyə ödənilən məbləğ 57,56 mln. manat, "NBCBank" üzrə isə 3 469 əmanətçiyə 102,87 mln. manat kompensasiya ödənilib.

İyunun 1-dən avqustun 24-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 319,24 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 270 əmanətçiyə ödənilən məbləğ 126,97 mln. manat, "Atabank" üzrə isə 8 399 əmanətçiyə 192,26 mln. manat kompensasiya ödənilib.

Ümumilikdə, avqustun 24-nə ləğv prosesində olan 4 bank üzrə 20 360 əmanətçiyə 479,68 mln. manat kompensasiya ödənilib.

0