"Sədərək” ticarət mərkəzinin açılmasına ümid edirik.
Bunu Qaynarinfo-ya açıqlamasında "Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimov deyib. Onun sözlərinə görə, ticarət mərkəzlərində çalışanların gözü yoldadır:
"Gözləyirik. Qabaqcadan heç nə demək olmur. Deputatlar da mətbuatda məsələni qaldırır, müzakirə edir, bir sözlə, ticarət mərkəzlərinin açılmasını məqsədəuyğun bilirlər. Avqustun 31-i son gündür, ümid edirik ki, ondan sonraya qalmaz, açılar”.
Kəmaləddin Qədimov qeyd edib ki, hər halda "Sədərək” ticarət mərkəzinin açılması ilə bağlı qərar Operativ Qərargaha aiddir.