Banklara inam azalır: Depozitlərdə sürətli eniş - VİDEO

İQTİSADİYYAT
18:12 / 26.08.2020
1171

Son aylarda Azərbaycanın bank sektorunda depozit portfelinin həcmi sürətlə azalır. Belə ki, ötən ilin sonu ilə müqayisədə 2020-ci ilin ilk yarısında banklarda yerləşdirilən depozitlərin həcmi 9,1% azalaraq 21,327 mlrd. manatdan 19,382 mlrd. manata düşüb. Təkcə iyun ayı ərzində isə depozit portfelində 3%-ə yaxın azalma müşahidə olunur. 

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “MediaPost”a bank sektorunda depozit portfelinin azalma səbəblərindən danışıb. Millət vəkili hesab edir ki, portfelin azalmasının bir səbəbi 4 bankın bağlanması olsa da, digər səbəb əhalinin banklara olan inamının azalmasıdır. 

Daha ətraflı videoda: 

 

0