ABŞ-ın “Tesla” və “Speys X” şirkətlərinin sahibi İlon Maskın sərvəti bu ilin əvvəlindən bəri 3,5 dəfədən çox artaraq, 100 milyard dolları keçib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat verib.
“27 avqust tarixindən etibarən Maskın sərvəti 101 milyard dollar olaraq qiymətləndirilir. İlin əvvəlində isə onun sərvəti 27,4 milyard civarında idi”, - məlumatda bildirilib.