Avqust ayı üzrə sosial yardımlar ödənildi

İQTİSADİYYAT
11:13 / 27.08.2020
1018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.

HİT.Az xəbər verir ki, bu barədə Fondun mətbuat katibi Rəşad Mehdili məlumat verib. O bildirib ki, ünvanlı dövlət sosial yardımı alan şəxslərin hesablarına vəsait artıq köçürülüb.

Vətəndaşlar ünvanlı sosial yardım üzrə vəsaitlərini onlara Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

0