Azərbaycanın tanınmış sığorta menecerlərindən olan Əli Bayramov yeni biznesə başlayıb.
Ə.Bayramov İsmayıllıdakı «23 Group/ İsmayilli Tikish Evi/İsma Textile» tikiş fabrikinə Baş Əməliyyat Direktoru (COO) təyin edilib.
Ə.Bayramov FED.az-a bildirib ki, bir qədər əvvəl işə salınan fabrikdə ayaqqabılardan tutmuş geyimlərədək çoxsaylı çeşiddə məhsullar istehsla olunur. Buraya adi geyimlər, üst və alt geyimləri, uşaq və böyük ayaqqabıları, məktəbli formaları, uniformalar və sair aiddir. Məhsullar yüksək keyfiyyətlə hazırlanır və olduqca sərfəli qiymətə reallaşdırılır. 40 nəfər işçinin çalışdığı fabrik artıq dövlət qurumlarından da sifarişlərin alınmasına başlayıb.
Fed.az