Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib ki, yeni konsepsiyaya əsasən, taksilərdə pərakəndə qiymətin olmaması müzakirə edilir: “Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində deyil. Qurum yalnız taksilərin fəaliyyətinə nəzarət edəcək. Taksilərdə kilometrə görə qiyməti aidiyyəti dövlət qurumu həyata keçirməlidir. Həmin qurumlar kilometrə görə qiymət müəyyən edəcək və bütün taksilər eyni qiymətlə fəaliyyət göstərəcək…”
Beləliklə də yeni “konsepsiya” işsizlik səbəbindən taksi xidməti göstərməklə ailəsini saxlayan on minlərlə insanı işsiz və ac qoymaqla yanaşı, həm də taksidən istifadə edənlərin cibinə girəcək”.
Reportyor.info xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu yazıb. Onun fikrincə, məsələnin ən ağlasızmaz tərəfi isə budur ki, bütün bunlar iqtisadi tənəzzül və pandemiya səbəbindən insanların onsuz da kütləvi yoxsullaşması fonunda baş verir:
“İndi kimsə məni inandırsın ki, hakimiyyətdəki “islahatçıların” Qərb universitetləri məzunları olan “şampunçik” kadrları Ziya Məmmədovun quldur nəqliyyat müfəttişliyindən yaxşıdır. Sizi əmin edirəm ki, birincilər daha amansız, daha qəddar, daha təkəbbürlü və daha sinikdilər. Ən azı quldurluğa “konsepsiya” adı qoyaraq, insanların son qəpiklərini də əllərindən aldıqlarına görə. Brend kostyumlar, esklüziv ayaqqabılar, First Class uçuşlar, dəbdəbəli evlər, lüks maşınlar və s. bu kimi zənginlik içində yaşayanlar xalqın bircə tikə çörəyə möhtac olduğunu nəinki anlamırlar, heç eşitmək belə istəmirlər. Çünki onlar üçün xalq qara kütlədən başqa bir şey deyil”.