Bu il (01.01.2020 – 01.09.2020 tarixinə) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 232 mln. ABŞ dolları təşkil edib.
Bu barədə "APA-Economics"ə ARDNF-dən bildirilib.
Məlumata əsasən, hesabat dövründə "Şahdəniz" yatağından əldə edilən gəlirlərinin 166 mln. dolları kondensatın payına düşüb.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.