Turizm sənayesinin nümayəndələri arasında Türk Hava Yollarının sentyabrın 15-də Bakı uçuşlarını dayandıracağına dair söhbətlər yayılıb.
Bu məsələ ilə bağlı Turizmplus.az saytı aviaşirkətin Bakı nümayənliyinə sorğu ünvanlayıb. Türk Hava Yollarının Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas saytımıza açıqlamasında bu xəbərin yalnış olduğunu bildirib.
“Bu xəbər tamamən əsassızdır. Dövlətimiz bizə uçuşlara icazə verir və Türk Hava Yolları müəyyən olunan reysləri həftədə 11 dəfə olmaqla, yeni nəsil Boeing 777 təyyarələri ilə həyata keçirməyə davam edəcək”, - deyə Seyfullah İlyas bildirib.