Borca görə məhkum edilən şəxslər borc məsuliyyətindən azad edilmir.
Bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.
Onun sözlərinə görə, həbs edilən şəxsin borcunun ödəməsi təmin edilir: "Bunun üçün onların əmlakları yoxlanılır.
Əgər onun əmlakı yoxdursa belə, cəzaçəkmə müəsisəsində işlə təmin olunduğu halda həmin borc onun əmək haqqından tutulur. Məlumatların daha əlçatan olması üçün elektron informasiya sistemi yaradılıb. Vətəndaşların daşınar, daşınmaz əmlakı, pensiya, təqaüd alması barədə məlumatlar ora daxil edilir”.
Trend.az